/script> MARKA - Fiat Professional Azerbaijan

MARKA

FAKTLARA ƏSASLANAN GÜC

Fiat Professional adı dedikdə ilk olaraq səriştəli və işini sevən insanlara, professional servis ustalarına və dəqiq faktlara əsasən yaradılan qrup FCA Italy S.p.A tərəfindən istehsal olunan kommersiya avtomobilləri barədə düşünürük. Bizim geniş və tam silsilə avtomobillərimiz hər nəqliyyat ehtiyacını qarşılayır. Fiat Professional avtomobilləri səmərəni maksimum edərək sərfiyyatı və istehlak xərclərini minimumadək azaltmaq üçün hazırlanıb.

1901 Fiatın ilk kommersiya avtomobili kimi təqdim olundu. O vaxtdan bəri kommersiya satışları Fiat Qrupunun fəaliyyətində getdikcə böyük rol oynamağa başlayır. Geniş çeşidi və 100 ildən çox təcrübəsi sayəsində Fiat Professional bu sektorda lider olmağı bacarır.

Fiat Professional silsiləsinin bütün avtomobilləri iş tələblərini mümkün qədər effektli şəkildə qarşılamaq üçün hazırlanıb və yaradılıb. Fiat Professional jürilər və yüksək ixtisaslı jurnalistlər tərəfindən saysız-hesabsız beynəlxalq mükafatlara layiq görülüb. Bunlardan ən əhəmiyyətlisi İlin Avtofurqonu mükafatıdır: 1994-cü ildə Ducato, 2006-cı ildə Doblò Cargo, 2008-ci ildə Scudo, 2009-cu ildə Fiorino, 2010-cu ildə isə New Doblò Cargo modelləri bu mükafata layiq görülüb.

Uğurlarını davam etdirərək fəaliyyət göstərən Fiat Professional artıq geniş satış şəbəkəsi yaradaraq öz liderliyini möhkəmləndirmək üçün cəhd edir. Bu gün Avropada 1400-dən çox dilerə və 7500-dən çox servis mərkəzlərinə malikdir.

Fiat Professional avtomobilləri hal-hazırda Avropanın ən yüngül kommersiya avtomobili Ducatonun istehsal olunduğu Val di Sanqroda yerləşən Sevel zavodu (2010-cu ildə zavod özünün 4 milyonuncu avtomobilini istehsal etdi) da daxil olmaqla dünyanın 8 zavodunda istehsal olunur.

Need Help? Chat with us