/script> MƏXFİLİK - Fiat Professional Azerbaijan

MƏXFİLİK

MƏXFİLİK SİYASƏTİ
  Hörmətli istifadəçi, məlumatlarınızın məxfiliyinin qorunması “AUTOUNIVERSAL” MMC (bundan sonra “Şirkət”) üçün çox vacib amillərdən biridir. Nəzərinizə çatdırırıq ki, Şirkət “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ad, soyad, elektron poçt ünvanı, telefon nömrəsi və/və ya bu kimi  şəxsi məlumatları digər üçüncü şəxsə və ya quruma ötürmür. Şirkət şəxsi məlumatlarınızı yalnız xidmətlərimiz və Şirkət haqqında xəbərlər, eləcə də yeniliklər barədə sizi məlumatlandırmaq məqsədilə əlaqə üçün istifadə edəcək. Müasir informasiya texnologiyalarının bizə verdiyiniz məlumatların toplanmasında və istifadəsindəki əhəmiyyətini əks etdirmək üçün  bu “Məxfilik siyasəti” adlanan sənəd hazırlanmışdır. Bu “Məxfilik siyasəti”ndə “biz”ə edilən istinadlar Şirkətə münasibətdə istifadə olunur və “siz”ə edilən istinadlar fərdi məlumatların subyektinə münasibətdə istifadə olunur. Bu “Məxfilik siyasəti”nin və “Fərdi məlumatlar haqqında” Qanunun məqsədləri üçün www.fiatprofessional.az  veb-saytı “fərdi məlumatların informasiya sistemi” hesab edilir.
   
Bu “Məxfilik Siyasəti” www.fiatprofessional.az veb-saytında (veb-sayt) toplanan məlumatlara aiddir. Şirkət sizin “istifadəçi” (sadəcə veb-sayta daxil olan istifadəçi) və ya “üzv” (qeydiyyatdan keçmiş istifadəçi) olmağınızdan asılı olmayaraq, məlumatlarınızın məxfiliyinə daim diqqətlə yanaşır və sizə aid fərdi məlumatların mühafizəsini təmin edir. Saytdan istifadə etməklə, əlaqə vasitələrinizi daxil etməklə və ya qeydiyyatdan keçməklə, siz bu “Məxfilik siyasəti” və onun şərtləri ilə razılaşdığınızı təsdiqləmiş və “Fərdi məlumatlar haqqında” Qanunun 8.1-ci maddəsinə uyğun olaraq sizə aid olan fərdi məlumatların toplanmasına və işlənməsinə dair yazılı razılıq vermiş hesab edilirsiniz. Bu razılıq tərəfinizdən saytda müəyyən olunmuş qaydalara uyğun olaraq qeydiyyatınız ləğv edildiyi müddətədək qüvvədədir. Hər hansı şərt və ya qayda ilə razı deyilsinizsə, xahiş edirik veb-saytdan istifadə etməyəsiniz və ya “Fərdi məlumatlar haqqında” Qanunun 7.2-ci maddəsinə uyğun olaraq barənizdə məlumatların toplanılmamasına və işlənilməməsinə dair yazılı etirazınızı bizə təqdim edəsiniz.
   
Nəzərinizə çatdırırıq ki, bu “Məxfilik siyasəti” vaxtaşırı olaraq yenilənə və dəyişdirilə bilər. “Məxfilik siyasəti”nə edilən hər hansı dəyişiklik barədə məlumat veb-saytda yerləşdiriləcəkdir. Hansı məlumatların toplanıldığı, necə istifadə edildiyi və ya hansı şərtlər daxilində aşkarlandığı barədə məlumatlı olmaq üçün bu səhifəni mütəmadi yoxlamaq vəzifəsi sizə aiddir. İstənilən halda, dəyişiklik edilmiş “Məxfilik siyasəti” dəyişikliklər barədə sizin məlumat əldə edib-etməməyinizdən asılı olmayaraq, sizə münasibətdə tətbiq ediləcək.
   
ŞƏXSİ OLMAYAN İNFORMASİYALAR   Qeyd edək ki, siz veb-saytda daxil olaraq özünüz haqqında hər hansı şəxsi məlumatları verməyə də bilərsiniz. Bəzi hallarda veb-sayta daxil olarkən Şirkət tərəfindən sizə aid olan, ancaq şəxsi əhəmiyyət kəsb etməyən məlumatlar avtomatik rejimdə qeydiyyata alına bilər. Bunlar “cookies” adlanaraq,  istifadə etdiyiniz internet brauzeri vasitəsilə sizin kompüterin sərt yaddaşına göndərilən hərf və rəqəmlərdən ibarət işarələrdir. Bu cür informasiyalara sizin hansı internet brauzerdən istifadə etdiyiniz, kompüterinizin əməliyyat sistemi, internet şəbəkəsinin domen adı, İP ünvanınız, veb-saytda baxdığınız səhifələr və ya hansı sayt/reklamdan bizim veb-saytda yönlənməyiniz haqqında məlumatlar daxildir.   Eyni zamanda, “cookies” və ya ona oxşar fayllar vasitəsilə kompüterinizə bəzi məlumatlar yerləşdirilə bilər. Əksər internet-brauzerlərin köməyilə siz “cookies”i sərt diskdən silə, onların yaddaşda saxlanmasını  əngəlləyə və yaxud onların saxlanacağı haqqında xəbərdarlıq ala bilərsiniz. Lakin nəzərə almaq lazımdır ki, həmin informasiyaların qarşısını almaqla siz veb-saytın bütün seçimlərindən yararlanmaq imkanından məhrum ola bilərsiniz.
   
FƏRDİ MƏLUMATLAR   “Fərdi məlumatlar haqqında” Qanunun 11.1-ci maddəsinə uyğun olaraq, sizdən istənilə biləcək, ancaq buradakı siyahı ilə məhdudlaşmayacaq fərdi məlumatlar aşağıdakılardır:   – Ad və soyad; – Email ünvanı; – Cins; – Doğum tarixi; –Sürücülük vəsiqəsinin məlumatları; – Şəxsiyyət vəsiqəsinin məlumatları; – Şəxsiyyəti təsdiq edən digər sənədlərin məlumatları; – Poçt ünvanı;     Burada qeyd olunan fərdi məlumatların toplanması həmin fərdi məlumatların subyektinin eyniləşdirilməsi və verifikasiyası məqsədilə həyata keçirilir.   İstənilən halda siz fərdi məlumatlarınızı saytda qeyd etməmək hüququnuzu özünüzdə saxlayırsınız. Ancaq nəzərə alın ki, veb-sayt vasitəsilə müəyyən xidmətlərdən yararlanmaq üçün bu məlumatların qeyd olunması ilkin şərtdir. Xüsusilə vurğulamaq istəyirik ki, yuxarıda göstərilən fərdi məlumatları veb-sayta daxil etmədiyiniz təqdirdə, veb-saytda nəzərdə tutulmuş bəzi imkanlardan məhrum olacaqsınız.   Şirkət ancaq könüllü olaraq ötürdüyünüz (məsələn, əgər siz onlayn qeydiyyat sənədini, hər hansı onlayn sorğu və ya veb-sayt daxilində digər xidmətlərdən istifadə etmək üçün) fərdi məlumatları toplayır. Əlavə olaraq, Şirkət verdiyiniz məlumatlardan yeniliklər, veb-saytda olan dəyişikliklər, yeni məhsul və xidmətlər haqqında sizə emaillə məlumat vermək üçün istifadə edə bilərlər. Veb-saytdakı xidmətlərdən istifadə etmək tamamilə könüllülük prinsipinə əsaslanır.   “Məxfilik siyasəti”nin mahiyyəti ondan ibarətdir ki, məlumatlarınızın üçüncü şəxsə ötürülməsi barədə sizə xəbər vermədən və sizin yazılı razılığınız olmadan  fərdi məlumatlarınızı Şirkət (və ya müqavilə əsasında fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini həyata keçirmək vəzifəsinin həvalə edildiyi fərdi məlumatların operatoru) istisna olmaqla digər şəxs və qurumlara ötürmür və ya satmırıq.   Bununla belə, “Fərdi məlumatlar haqqında” Qanunun 13.2-ci maddəsi ilə müəyyən olunmuş bəzi istisna hallarda fərdi məlumatlarınızın ötürülməsi mümkündür. Məsələn, bu cür məlumatların qanunvericiliyin tələbi ilə müvafiq orqanlara verilməsi mümkündür. Bundan əlavə, “Fərdi məlumatlar haqqında” Qanunun 9.9-cu maddəsinə əsasən mülkiyyətçi fərdi məlumatların toplanılmasını və işlənilməsini müqavilə əsasında, fərdi məlumatların mühafizəsinin təmin olunması şərti ilə operatora həvalə etmək hüququna malikdir. Fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini həyata keçirmək vəzifəsi operatora həvalə edildikdə, bu barədə (o cümlədən, operatorun kimliyi barədə) sizə yazılı məlumat veriləcək. Qeyd etməyi zəruri hesab edirik ki, toplanılan və işlənilən fərdi məlumatların veb-saytda yüksək səviyyədə mühafizə olunur.
   
VALİDEYNLƏRİN NƏZƏRİNƏ   Şirkət olaraq hər hansı məqsəd üçün  yetkinlik yaşına çatmayan şəxslər barəsində fərdi məlumatların saxlanılması və ya istifadəsi (istər daxili, istərsə də xarici marketinq məqsədləri üçün) hallarının əleyhinəyik. Əlavə olaraq, belə bir məlumat aşkarlandığı təqdirdə, dərhal tərəfimizdən silinir. Əgər siz valideyn olaraq himayənizdə olan yetkinlik yaşına çatmayan şəxsin veb-sayta fərdi məlumatları ötürdüyünü aşkar etmisinizsə, xahiş edirik ki, belə məlumatların silinməsi və ya müvafiq xidmətin dayandırılması üçün bizə dərhal məlumat verəsiniz. Bununla belə, valideynlər “Fərdi məlumatlar haqqında” Qanunun 8.3-cü maddəsinə əsasən uşaqlarının onlayn fəaliyyətlərini nəzarətdə saxlamaqda məsuldurlar və bunun üçün xüsusi proqram təminatlarının uşaqlar üçün yaratdığı imkanlardan yararlana bilərlər.
   
ƏLAQƏLİ LİNKLƏR   Şirkətin veb-saytında olarkən Şirkətin loqosu, məhsul və xidmətləri haqqında məlumatların yerləşdirildiyi digər veb-saytlara keçid üçün linklər yerləşdirilə bilər. Xahiş edirik nəzərə alasınız ki, həmin veb-saytların öz məxfilik siyasəti var və biz onların məxfiliyin təmin edilməsi siyasətinə, oradakı məzmun və məhsulların düzgünlüyünə, etibarlılığına, uyğunluğuna, qanuniliyinə və xoşniyyətliliyinə  görə məsuliyyət daşımırıq.
   
BİZİMLƏ ƏLAQƏ   Şirkət tərəfindən fərdi məlumatların mühafizəsinin (o cümlədən təsadüfi və icazəsiz məhv edilməsinin, itirilməsinin, qanunsuz müdaxilənin, dəyişdirilməsinin və digər halların qarşısının alınmasının) təmin edilməsinə zəmanət verən bütün texniki-təşkilati tədbirlər görülmüşdür. Bu “Məxfilik siyasəti” ilə bağlı hər hansı sual, təklif və ya şərhiniz varsa, zəhmət olmasa fiatprofessional.az@gmail.com ünvanı vasitəsilə bizə bildirəsiniz. Sizin sual, təklif və ya şərhlərinizi hər zaman dəyərləndirməyə hazırıq.  
 
“AUTOUNIVERSAL” MMC Azərbaycan Respublikası, Bakı şəhəri, Babək pr. 36E, AZ1036   Tel: (+994 12) 424 6690   fiatprofessional.az@gmail.com

Need Help? Chat with us