/script>
Şamaxı rayonuna 3 ədəd təcili tibbi yardım maşını, 1 ədəd reanimobil, 1 ədəd teleskopik yükləyici (Bobçat), 1 ədəd çoxfunksiyalı traktor, 4 ədəd xidməti istifadə üçün “Niva” markalı minik avtomobili, həmçinin məişət tullantıları üçün konteynerlərin bir hissəsi gətirilib.
Prezident İlham Əliyevin “Şamaxı rayonunda xidmət infrastrukturunun texniki təminatının gücləndirilməsi haqqında” 2019-cu il 28 noyabr tarixli Sərəncamı ilə rayonda məişət tullantılarının daşınması və utilizasiyası, yolların təmizlənməsi, ictimai nəqliyyat xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsi üçün texnika və avadanlıq alınması məqsədilə 7 milyon manat vəsait ayrılıb və artıq bu vəsait hesabına nəzərdə tutulan texnika və avadanlıqlar alınmaqdadır.
Ayrılan vəsait hesabına 12 adda 37 ədəd texnika, habelə məişət tullantıları üçün 1500 ədəd konteyner alınacaq və artıq bu istiqamətdə işlər görülməkdədir. Belə ki, ictimai nəqliyyatda olan problemlərin həlli məqsədilə “AVRO 5” standartlarına cavab verən 10 ədəd iritutumlu avtobus bir müddət əvvəl rayona gətirilmişdi. Türkiyə istehsalı olan, pandus quraşdırılan bu avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcəklər.
Habelə, nəzərdə tutulan 3 ədəd təcili tibbi yardım maşını və 1 ədəd reanimobil, 1 ədəd teleskopik yükləyici (Bobçat), 1 ədəd çoxfunksiyalı traktor, 4 ədəd xidməti istifadə üçün “Niva” markalı minik avtomobili və məişət tullantıları üçün konteynerlərin bir qismi də artıq rayona gətirilib.
Dövlətimizin başçısının Sərəncamı ilə ayrılan vəsait hesabına alınacaq digər texnika və avadanlıqların gətirilməsi istiqamətində tədbirlər davam etdirilir.